İspaniyada 48 yaşlı qadın övladlığa götürdüyü 2 rus uşaq tərəfindən öldürüldü

17:05 - 09 Fevral 2024

İspaniyada 48 yaşlı qadın övladlığa götürdüyü 2 rus uşaq tərəfindən öldürüldü

İspaniyada 48 yaşlı Silvia Lopez Qayyubas adlı bir qadın övladlığa götürdüyü iki rus uşaq tərəfindən öldürülüb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, uşaqlar qətli adam oğurluğu kimi göstərməyə çalışıblar. Beləki, qadın avtomobilində başına torba ilə ölü tapılıb.

Polisin araşdırması nəticəsində onun 13 və 15 yaşlı övladlığa götürülmüş iki oğlan tərəfindən öldürüldüyü məlum olub.

15 yaşlı böyük uşaq həbs edilib, 13 yaşlı kiçik uşaq isə nəzarətə götürülüb.

Qadının boğazında ağır bıçaq xəsarətləri aşkarlanıb.

Polis qətlin hansı səbəbdən törədildiyi hələ də araşdırılır.

Əfsanə Rəcəb

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az