Avropa İttifaqı liderləri açıq şəkildə Macarıstanı Ukraynaya maliyyə yardımı ayırmaqdan imtina etdikləri halda, ölkə iqtisadiyyatına zərər vuracaqları ilə hədələyiblər.
Manset.az Bizim.Media-ya istinadən xəbər verir ki, bunu Macarıstanın baş nazirinin siyasi müşaviri Balaz Orban Exxpress-ə müsahibəsində bildirib.
“Aİ-nin dövlət və hökumət başçıları [Macarıstanın Baş naziri Viktor Orbanla telefonla danışanda, ona qarşı bu hədələri açıq şəkildə ifadə ediblər”, - deyə müşavir qeyd edib.
Balaz Orban bu yanaşmanı “de-fakto siyasi zorlama” adlandırıb. Onun sözlərinə görə, Macarıstan güclü iqtisadiyyata malikdir və Budapeşt təhdidlərdən qorxmadığını açıq şəkildə bəyan edib.