Aİ liderləri Ukraynaya görə Orbanı HƏDƏLƏYİBLƏR

23:59 - 10 Fevral 2024

Aİ liderləri Ukraynaya görə Orbanı HƏDƏLƏYİBLƏR

Avropa İttifaqı liderləri açıq şəkildə Macarıstanı Ukraynaya maliyyə yardımı ayırmaqdan imtina etdikləri halda, ölkə iqtisadiyyatına zərər vuracaqları ilə hədələyiblər.



Manset.az Bizim.Media-ya istinadən xəbər verir ki, bunu Macarıstanın baş nazirinin siyasi müşaviri Balaz Orban Exxpress-ə müsahibəsində bildirib.

“Aİ-nin dövlət və hökumət başçıları [Macarıstanın Baş naziri Viktor Orbanla telefonla danışanda, ona qarşı bu hədələri açıq şəkildə ifadə ediblər”, - deyə müşavir qeyd edib.

Balaz Orban bu yanaşmanı “de-fakto siyasi zorlama” adlandırıb. Onun sözlərinə görə, Macarıstan güclü iqtisadiyyata malikdir və Budapeşt təhdidlərdən qorxmadığını açıq şəkildə bəyan edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az