Qusarda qəza - 7 yaşlı uşaq öldü

08:13 - 07 İyun 2024

Qusarda qəza - 7 yaşlı uşaq öldü

Qusar rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Manset.az-a verilən məlumata görə, iyunun 6-ı saat 18:30 radələrində Qusar rayonu ərazisində rayon sakini Şənlik Qaziyev idarə etdiyi “ISUZU” markalı avtomobil ilə yolu keçən piyada 2017-ci il təvəllüdlü rayon sakini S.Lətifovu vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxs hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az