Bakıda intihar hadisəsi baş verib.
Manset.az-ın oxu.az-a istinadən məlumatına görə, Nərimanov rayonu, Atatürk prospektində yerləşən evdə yaşayan 18 yaşlı Elvar Xudiyev intihar edib.
Gənc oğlan həmin binanın (doqquzmərtəbəli) damına çıxaraq özünü oradan yerə atıb.
Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.