Yevlaxda toyda gənc oğlan öldürüldü - DƏHŞƏT

20:50 - 10 İyun 2024

Yevlaxda toyda gənc oğlan öldürüldü  - DƏHŞƏT

Yevlaxda törədilən qətlin bəzi təfərrüatları məlum olub.

 

Manset.az report-a istinadən xəbər verir ki, hadisə Yevlax şəhər ərazisində fəaliyyət göstərən şadlıq saraylarının birində qeydə alınıb.

Toyun iştirakçıları olan Yevlax rayon sakini, 2000-ci il təvəllüdlü Abışov Elmir Habil oğlu ilə 2004-cü il təvəllüdlü Abdullayev Tahir Ceyhun oğlu arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb.

Bu zaman E.Abışova kəsici-deşici alətlə ağır xəsarət yetirilib. O, aldığı xəsarətdən xəstəxanaya aparılan zaman yolda dünyasını dəyişib.

Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən T.Abdullayev isə polis əməkdaşları tərəfindən saxlanılıb və istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az