Türkiyədə inanılmaz hadisə - XEYLİ SAYDA ÖLƏN VAR

23:18 - 18 İyun 2024

Türkiyədə inanılmaz hadisə - XEYLİ SAYDA ÖLƏN VAR

Türkiyədə Qurban bayramı ilə bağlı tətilin 3-cü günü – 17 iyunda 824 avtoqəza baş verib, 6 nəfər ölüb, 1327 nəfər yaralanıb.

Manset.az Axar.az-a istinadən  xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Əli Yerliqaya bildirib.

Nazir sosial şəbəkə hesabındakı paylaşımında qeyd edib ki, tətilin 3 günü ərzində (15-17 iyun) ümumilikdə qəzalarda 22 nəfər ölüb, 4043 nəfər isə yaralanıb.

Ə.Yerliqaya sürət həddini aşmamağa, təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.

“Yolçuluq sizi sevdiklərinizə qovuşdurmaq üçündür, ayırmaq üçün yox”.

Qeyd edək ki, Türkiyədə bayram tətili 23 iyuna qədər davam edəcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az