Qubadlıda yol qəzası - Xəsarət alan var

09:30 - 17 İyul 2024

Qubadlıda yol qəzası - Xəsarət alan var

Qubadlı rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Manset.az Report.az-a istinadən xəbər verir ki, "VAZ-2106" markalı minik avtomobili hərəkətdə olarkən yük maşını ilə toqquşub.

Qəza zamanı minik avtomobilinin sürücüsü xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə Bakıda yerləşən xəstəxanaların birinə gətirilib və həkim nəzarətinə götürülüb.

Hadisənin təfərrüatı araşdırılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az