Bakıda yol nəqliyyat hadisəsi tıxaca səbəb olub.
Bu barədə Manşet.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
Məlumatda bildirilir ki, hazırda Z.Bünyadov prospekti Ə.Rəcəbli küçəsilə kəsişməsində hər iki istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində tıxac müşahidə edilir.
Bununla əlaqədar həmin hissədən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların da hərəkətində çətinliklər yaranıb.
Tıxac yol nəqliyyat hadisəsi səbəbindən yaranıb.