Göyçayda yol qəzası olub, xəsarət alanlar Var

17:10 - 30 Oktyabr 2021

Göyçayda yol qəzası olub, xəsarət alanlar Var

Göyçayda yol qəzası baş verib.

Manşet.az xəbər verir ki, hadisə rayonun Nizami küçəsində qeydə alınıb.

Belə ki, "VAZ-2107" markalı avtomobilin sürücüsü, Göyçay sakini Sadiq Əliyev hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq beton lövhəyə çarpılıb.

S.Əliyev və həyat yoldaşı müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlər onların vəziyyətini normal kimi qiymətləndirir.

Faktla bağlı araşdırma aparılır.

Report


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az