Göyçayda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Manset.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayon sakini Sadiq Əliyev idarə etdiyi 04-BB-478 dövlət qeydiyyat nişanlı "VAZ-2107" markalı minik avtomobili ilə hərəkətdə olan zaman idarəetməni itirərək yol kənarında beton lövhəyə çırpılıb.
Qəza zamanı avtomobilin sürücüsü və həyat yoldaşı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.