Ağdaşda avtomobil ağaca çırpıldı - Ölən və xəsarət alanlar var

10:50 - 01 Avqust 2024

Ağdaşda avtomobil ağaca çırpıldı - Ölən və xəsarət alanlar var

Ağdaşda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Manset.az-a bildirilib ki, avqustun 1-də gecə saatlarında Ağdaş şəhəri ərazisində Valeh Xankişiyevin idarə etdiyi VAZ-2106 avtomobili idarəetmədən çıxaraq ağaca çırpılıb.

Nəticədə nəqliyyat vasitəsindəki sərnişin, 2003-cü il təvəllüdlü Elton Müşviq oğlu Hüseynov aldığı xəsarətlərdən hadisə yerində ölüb, xəsarət alan sürücü və digər üç sərnişin isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az