Bakıda intihara cəhd hadisəsi baş verib.
Manşet.az xəbər verir ki, hadisə Nəriman Nərimanov rayonu Aşıq Malla Cümə küçəsində yerləşən binaların birində olub.
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb edilib.
İntihara cəhd edən şəxs FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən xilas edilib.