Şəmkirdə qadın bıçaqlandı

22:04 - 23 Sentyabr 2024

Şəmkirdə qadın bıçaqlandı

Şəmkir rayonunda yerli sakin mübahisə zəminində bıçaq xəsarəti alıb.

 

Manset.az Report-a istinadən xəbər verir ki, rayon sakini, 1996-cı il təvəllüdlü N.Nəsrəddinli mübahisə zəminində bıçaqlanıb.

Zərərçəkən xəstəxanaya çatdırılıb, vəziyyəti kafi qiymətləndirilir.

Hadisəni törətməkdə onun həyat yoldaşı şübhəli bilinir.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az