Maşın betona çırpıldı: Yanıb kül oldu - FOTO

10:45 - 23 Noyabr 2024

Maşın betona çırpıldı: Yanıb kül oldu - FOTO

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, 2005-ci il təvəllüdlü E.Paşayevin idarə etdiyi “Changan” markalı avtomobil idarəetməni itirərək beton hasara çırpılıb.

Qəzadan sonra avtomobildə yanğın olub. Dərhal əraziyə FHN-in yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülsə də, avtomobil yararsız hala düşüb. Sürücü isə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az