Xudatda avtomobil körpüdən aşdı - Xəsarət alanlar var

16:51 - 14 Dekabr 2024

Xudatda avtomobil körpüdən aşdı - Xəsarət alanlar var

Xudat şəhərində "Mercedes" markalı avtomobilin körpüdən aşması nəticəsində 4 nəfər xəsarət alıb.

 

Manset.az xəbər verir ki, TƏBİB-dən verilən məlumata görə, dekabrın 14-də saat 09:00 radələrində yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 1987-ci il təvəllüdlü (kişi cinsli), 2013-cü il təvəllüdlü (kişi cinsli), 1979-cu il təvəllüdlü (kişi cinsli) və 2011-ci il təvəllüdlü (kişi cinsli) şəxslər Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Onlara bədənin müxtəlif nahiyyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib. Xəsarət alan şəxslər tibb müəssisəsində müalicə almaqdan imtina ediblər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az