19 yaşlı şəhidimiz dəfn olundu

19:55 - 17 Noyabr 2021

19 yaşlı şəhidimiz dəfn olundu

Xəbər verdiyimiz ki, dünən dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan ordusu yeddi şəhid verib.

Manşet.az xəbər verir ki, onlardan biri - əsgər Ağayev Elçin Mərifət oğlunun nəşi Cəlilabada gətirilib.

Onun nəşi rayonun Soyuqbulaq kəndində ailəsinə təhvil verilib.

Vida mərasimindən sonra şəhidimiz şəhər qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, Elçin Ağayev 2002-ci ildə Cəlilabad rayonunun Soyuqbulaq kəndinə doğulub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az