İstanbul ikinci dəfə silkələndi - YENİLƏNİB

00:55 - 18 Noyabr 2021

İstanbul ikinci dəfə silkələndi - YENİLƏNİB

Türkiyənin İstanbul şəhərinin Düzcə rayonunda 3,9 bal gücündə ikinci zəlzələ baş verib.

 

Manşet.az xəbər verir ki, bu barədə isə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyinin (AFAD) məlumat yayıb.

 

Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 21:35-də qeydə alınıb. Zəlzələ ocağı 11,21 km dərinlikdə yerləşib. "Anadolu" agentliyi bildirib ki, zəlzələ zamanı təşviş keçirən sakinlər küçələrə çıxıblar.

 

Düzcə rayonunda baş verən 5.3 bal gücündə birinci zəlzələ zamanı insan tələfatı olmayıb.

 

 

***

17:10

Türkiyənin Düzcə vilayətində 5.3 bal gücündə zəlzələ baş verib.

 

Modern.az “Hürriyət”ə istinadən verdiyi xəbərə görə, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) zəlzələnin bu gün yerli vaxtla 15:40-də qeydə alındığını açıqlayıb.

 

Zəlzələ İstanbul və ətraf ərazilərdə hiss edilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az