Hacıqabulda zəncirvari QƏZA - Xəsarət alanlar var

17:28 - 02 Yanvar 2025

Hacıqabulda zəncirvari QƏZA - Xəsarət alanlar var

Hacıqabulda yol qəzası baş verib, beş nəfər xəsarət alıb.

 

Manset.az Report-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının şəhərin Qədirxum istirahət mərkəzinin yaxınlığında qeydə alınıb.

Belə ki, "VAZ-2107" markalı avtomobil "Mersedes" markalı avtomobilə və daha sonra digər maşına çırpılıb. Qəza nəticəsində Sabirabad rayon sakinləri, 2016-cı il təvəllüdlü Qəhrəmanov Yusif Zamin oğlu, 2014-cü il təvəllüdlü Sarıyev Elgün Eldəniz oğlu, 1991-ci il təvəllüdlü Sarıyev Günel Əliağa qızı, 2008-ci il təvəllüdlü Qəhrəmanova Günel Vilayət qızı və daha bir nəfər müxtəlif dərəcəli xəsarətlər alıblar. Xəsarət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az