ANAMA-nın qrup rəhbəri Zəngilanda minaya düşdü

23:51 - 19 Noyabr 2021

ANAMA-nın qrup rəhbəri Zəngilanda minaya düşdü

Bu gün Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Babayev Vaqif Əlizad oğlu Zəngilanın Bartaz qəsəbəsi ərazisində minaya düşüb.

Manşet.az xəbər verir ki, hadisə günorta saatlarında baş verib.

Minaya düşən 1972-ci il təvəllüdlü ANAMA əməkdaşının vəziyyətinin ağır olduğu bildirilir. O, Bakıya xəstəxanaya çatdırılıb. Məlumata görə, Vaqif Babayev ANAMA-da qrup rəhbəridir.

Hüquq-mühafizə orqanlarından "Qafqazinfo”ya faktı təsdiqləyiblər.
 
Qafqazinfo


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az