"Azərişığ"ın əməkdaşı Laçında minaya düşdü

20:59 - 22 Noyabr 2021

\"Azərişığ\"ın əməkdaşı Laçında minaya düşdü

Azərişığ"ın əməkdaşı minaya düşərək xəsarət alıb.

Manşet.az-ın məlumatına görə, hadisə Laçın rayonunun Güləbird kəndi ərazisində qeydə alınıb.

Belə ki, Biləsuvar rayon sakini, 1988-ci il təvəllüdlü Əbilov Mahir Ramiz oğlu xidməti vəzifəsini yerinə yetirən zaman minaya düşüb.

Yaralının sağ ayağı amputasiya olunub.

Faktla bağlı araşdırma aparılır.
 
(Report)


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az