Bakıda yaşayış binasında yanğın - 10 nəfər təxliyə olundu

17:32 - 03 Dekabr 2021

Bakıda yaşayış binasında yanğın - 10 nəfər təxliyə olundu

Bakı şəhərinin Nizami rayonunda doqquzmərtəbəli yaşayış binasının yeddinci mərtəbəsində ümumi sahəsi 58 m² olan mənzilin mətbəxində əşyalar 6 m² sahədə və qismən taxtadan ibarət pəncərə çərçivəsi yanıb.

FHN-dən Manşet.az-a verilən məlumata görə, yüksək temperaturdan plastikdən ibarət pəncərə çərçivəsi qismən əriyib. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstü dolmuş mənzillərdən 1 nəfər xilas və 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az