Güclü külək damı uçurdu – Avtomobilə zərər dəydi

21:31 - 03 İyun 2025

Güclü külək damı uçurdu – Avtomobilə zərər dəydi

Sabirabadda müşahidə olunan güclü külək nəticəsində tikilinin damı uçaraq avtomobilin üstünə aşıb.


Manset.az APA-ya istinadla xəbər verir ki, saat 19 radələrində Sabirabad şəhəri ərazisində güclü külək müşahidə edilib.

Bir neçə dəqiqə davam edən küləyin təsiri nəticəsində Heydər Əliyev prospektində yerləşən tikilinin dam örtüyü uçaraq yol kənarında dayanan avtomobilin üstünə aşıb.

Hadisə zamanı xəsarət alan olmayıb, damı uçan tikili və avtomobil yararsız hala düşüb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv