"Ford" kanala aşdı: 5 nəfər yaralandı - FOTO

14:16 - 07 İyun 2025

\"Ford\" kanala aşdı: 5 nəfər yaralandı - FOTO

Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib, 5 nəfər xəsarət alıb.


Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Uzuntəpə-Günəşli yolunda qeydə alınıb.

    "Ford" markalı nəqliyyat vasitəsi idarəetməni itirərək yol kənarındakı kanala aşıb. Əraziyə FHN-in xilasediciləri cəlb olunub.

    Maşında olan 6 nəfərdən (4 qadın, 2 kişi) 5-i müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Cəlilabad rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunublar. Onlardan 3-ü ambulator müalicə üçün evə buraxılıb. İki nəfərin müalicəsi xəstəxanada davam etdirilir.

    Faktla bağlı araşdırma aparılır.


    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    xidmet.tv
    xidmet.tv