Bakı şəhərinin Səbail rayonunda gücü 380 kVt olan transformatorun içərisində 1 ədəd sayğac və 1 paq.m çıxış kabeli yanıb.
Manset.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Qeyd olunub ki, transformatorun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.