09.06.2025-ci il tarixində saat 19:40 radələrində Goranboy rayonunun Ağcakənd qəsəbəsində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 1986 və 1997-ci il təvəllüdlü iki nəfər (kişi cinsli) Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Manset.az xəbər verir ki, bu barədə TƏBİB-in mətbuat xidmətindən bildiriblər.
Onlara açıq kəllə beyin travması və təpə nahiyəsinin çapılmış yarası diaqnozu təyin edilib.
Pasiyentlərdən biri zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. Digəri özəl tibb müəssisələrindən birinə təxliyə edilib.
***
21:22
Goranboyda yol nəqliyyat hadisəsi baş verib.
Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Ağcakənd qəsəbəsində qeydə alınıb.
Belə ki, “OPEL” markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq yol kənarındakı hasara çırpılıb və evin həyətinə düşüb.
Qəza zamanı Xocalı şəhər sakini 1986-cı il təvəllüdlü Ramal Mehdiyev və sərnişin Bakı şəhər sakini 1997-ci il təvəllüdlü Pərviz Əliyev xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.