Qaxda səkkiz gün əvvəl avtomobilin vurduğu piyada xəstəxanada ölüb.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, rayon sakini, 1951-ci il təvəllüdlü İsmət Bayram oğlu Mustafayev bu gün səhər saatlarında müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, hadisə iyunun 1-də Qax şəhərinin mərkəzində baş verib. Yaralı Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilmiş, ona kəllə-beyin travması diaqnozu qoyulmuşdu.