Lənkəranda AĞIR QƏZA: 5 nəfər yaralandı - Foto

17:36 - 10 İyun 2025

Lənkəranda AĞIR QƏZA: 5 nəfər yaralandı - Foto

Lənkəranda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə Lənkəran-Boradigah-Masallı magistralında, Lənkəran rayonunun Girdəni kəndi ərazisində qeydə alınıb. "VAZ-2107" markalı nəqliyyat vasitəsi "Mercedes" markalı avtomobillə toqquşub.

    Qəza nəticəsində 5 nəfər Lənkəran rayonunun Havzava kənd sakinləri - 1976-cı il təvəllüdlü Kəsirə Xudaverdiyeva, 1984-cü-cü il təvəllüdlü Kərim Əliyev, 2010-cu il təvəllüdlü A.Xudaverdiyev, 2011-ci il təvəllüdlü K.Kərimli və 2012-ci il təvəllüdlü A.Kərimli müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunublar.

    Faktla bağlı araşdırma aparılır.


    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    xidmet.tv
    xidmet.tv