Salyanda fermada yanğın olub.
Manset.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Qardili kəndində baş verib. Kənd sakini Eyyub Şikarova məxsus fermada ot tayası yanıb. Küləkli hava yanğının güclənməsinə səbəb olub. Nəticədə 45 baş iribuynuzlu heyvan, 7 min ədəd ot bağlaması yanıb.
Hadisə yerinə FHN-nin Salyan Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb edilib. Yanğın lokallaşdırılıb.
Faktla bağlı araşdırma aparılır.