FHN-dən bildirilib ki, sözügedən yanğın hadisəsi “LC Waikiki” mağazasının anbarında baş verməyib.
Anbara bitişik kağız sexi yanıb və bu barədə ötən gün FHN məlumat yayıb.
“LC Waikiki” mağazalar şəbəkəsinin anbarında yanğın baş verib.
Manset.az Musavat.com-a istinadən xəbər verir ki, hadisə mağazalar şəbəkəsinin Binəqədidə yerləşən anbarında iyulun 6-da gecə saat 02:00 radələrində baş verib. Yanğın nəticəsində xeyli miqdarda ziyan dəyib. Şirkətin xeyli sayda geyim əşyaları yanaraq məhv olub.
İlkin məlumata görə hadisə qısapanmadan baş verib.