"Qurdlar vadisi" serialında "Cerrahpaşalıların bacısı" roluyla yaddaşlarda qalan Şıvga Gerez dünyasını dəyişib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə televiziya tarixinin ən yadda qalan seriallarından biri olan "Qurdlar vadisi"ndə canlandırdığı obrazla tanınan oriyental rəqqas və aktrisa Şıvga Gerez bir müddətdir xərçənglə mübarizə aparırdı.
Qeyd edək ki, aktrisa keçən il may ayında sosial media hesabında xərçəngə yoluxduğunu "Xərçənglə mübarizəmiz başlamışdır. Ən gözəl şəkildə uğurlayıb yola salacağıq" - sözləri ilə elan etmişdi.