Prezidentin yüksək vəzifəyə təyin etdiyi Azər Mursaqulov kimdir?

14:15 - 10 Fevral 2026

Prezidentin yüksək vəzifəyə təyin etdiyi Azər Mursaqulov kimdir?

Xəbər verdiyimiz kimi, Prezidentin Sərəncamı ilə Azər Mursaqulov Dövlət Statistika Komitəsinin sədri təyin edilib.


Manset.az yeni sədrin dosyesini təqdim edir:

O, 1981-ci ildə ildə anadan olub. 2003-cü ildə Türkiyənin Boğaziçi univesitetinin Biznesin İdarəedilməsi fakultəsini fərqlənmə diplomu ilə bitirib, həmin ildə ABŞ-ın Corciya Universitetinin İqtisadiyyat üzrə PhD (Fəlsəfə Doktoru) proqramına universitetin təqaüdü ilə qəbul olunaraq 2008-ci ildə iqtisadiyyat üzrə Fəlsəfə Doktoru elmi dərəcəsi alıb.

A.Mursaqulov 2007-2010-cu illərdə Maliyyə Nazirliyində müxtəlif vəzifələrdə, o cümlədən nazirin iqtisadi məsələlər üzrə köməkçisi, 2010-12-ci illərdə Vaşinqtonda, Beynəlxalq Valyuta Fondunun baş qərargahında Fondun icraçı direktorunun müşaviri, 2012-2019-cu illərdə isə Maliyyə Nazirliyinin Dövlət Borclarının İdarə Edilməsi Agentliyində şöbə müdiri və direktor müavini vəzifələrində çalışıb.

Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinin üzvüdür.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az