Bütün pensiyalar 9,3 faiz indeksləşdiriləcək

10:50 - 10 Fevral 2026

Bütün pensiyalar 9,3 faiz indeksləşdiriləcək

“Yeni sərəncamla bütün pensiyalar 2025-ci il üzrə orta aylıq əməkhaqqının illik artım göstəricisinə uyğun olaraq bu il yanvarın 1-dən 9,3 faiz indeksləşdiriləcək”.


Manset.az-ın məlumatına görə, bunu Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev Dövlət Başçısının yeni Sərəncamı ilə pensiyaların indeksləşdirilərək artırılmasına dair keçirilən brifinqdə deyib. 

O bildirib ki, pensiyaların təyinatı kimi, pensiyalarda bu artımda proaktiv qaydada, pensiyaçıların müraciətinə və sənəd təqdim etmələrinə ehtiyac olmadan, e-sistem üzərindən avtomatik həyata keçirilir. Yeni pensiya artımları üçün illik əlavə olaraq 640 milyon manat vəsait ayrılıb. İndeksasiya üzrə yeni artım 2025-ci il üzrə inflyasiya dərəcəsini üstələyir.


Fidan Vəlisoy 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az