Şəkidə TIR yanır - VİDEO - Yenilənir

16:04 - 08 İyul 2025

Şəkidə TIR yanır - VİDEO - Yenilənir

Şəki-Qax yolunun Aşağı Göynük kəndi ərazisindən keçən hissəsində ağırtonnajlı yük avtomobili yanır.


Manset.az xəbər verir ki, TIR qəfil alışmağa başlayıb.

Əraziyə yanğınsöndürmə briqadası cəlb edilib.

Hadisə ilə bağlı əlavə məlumat veriləcək.

***

Hadisə ilə bağlı FHN-dən bildirilib ki, qurumun 112 qaynar telefon xəttinə Şəkinin Aşağı Göynük kəndində yük avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.

Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır.

***

Bildirilir ki, TIR tezalışan məhsul olan dezodorant daşıyırmış. Nəqliyyat vasitəsində yanğının təkərdən başlaması, daha sonra yük yerinə keçməsi ehtimal edilir.




Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az