Füzulidə avtomobil traktorla toqquşub, ölən və xəsarət alan var

23:19 - 09 Dekabr 2021

Füzulidə avtomobil traktorla toqquşub, ölən və xəsarət alan var

Füzuli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Manşet.az-ın məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, 1956-cı il təvəllüdlü Həziyev Tahir Misir oğlunun idarə etdiyi "BMV” markalı avtomobil traktorla toqquşub.

Hadisə zamanı sürücü, T.Həziyev hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan sərnişin, 1977-ci il təvəllüdlü Abbasov Ramiz Əlihəd oğlu ağır bədən xəsarətləri alıb.

Yaralı əvvəlcə Füzuli rayonu Mərkəzi Xəstəxanasına aparılıb. Vəziyyəti ağır olduğundan o, Bakıda yerləşən 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Müayinə zamanı ona bədənin müştərək, qapalı kəllə-beyin, döş qəfəsinin küt travması və baş-beyin ağır dərəcəli əziyi diaqnozları qoyulub. Yaralı reanimasiya şöbəsinə yerləşdirilib.
 
(Report)


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az