Xalq artistinin oğlu vəfat etdi

09:12 - 29 İyul 2025

Xalq artistinin oğlu vəfat etdi

Mərhum Xalq artisti Həsən Məmmədovun oğlu Əvəz Məmmədov 57 yaşında dünyasını dəyişib.


Manset.az xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə paylaşım ediblər.

Ə. Məmmədovun hansı səbəbdən vəfat etdiyi bildirilməyib.

Onun bu gün Yasamal qəbiristanlığında dəfn olunacağı qeyd edilib.

Məlumata görə, Əvəz Məmmədov hüquq-mühafizə orqanlarında çalışıb.

Xatırladaq ki, Həsən Məmmədov 2003-cü ildə vəfat edib, II Fəxri xiyabanda dəfn olunub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az