Şəkidə avtomobil divara çırpılıb, xəsarət alanlar var

21:31 - 11 Dekabr 2021

Şəkidə avtomobil divara çırpılıb, xəsarət alanlar var

Şəki rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Manşet.az xəbər verir ki,  hadisə Qumux kəndində qeydə alınıb.

Belə ki, hərəkətdə olan 55-CC-104 dövlət qeydiyyat nişanlı "Peugeot" markalı avtomobil yoldan çıxaraq divara çırpılıb. Nəticədə sürücü və avtomobildə olan bir nəfər sərnişin müxtəlif xəsarətləri alıblar.

Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiliblər.

Fakt araşdırılır.

Report


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az