Azərbaycanda 15 yaşlı qız istədiyi geyim alınmadığı üçün intihara cəhd etdi

08:58 - 13 Dekabr 2021

Azərbaycanda 15 yaşlı qız istədiyi geyim alınmadığı üçün intihara cəhd etdi

Xaçmaz rayonunda intihara cəhd baş verib.

Manset.az-ın məlumatına görə, hadisə Xanoba kəndində qeydə alınıb.

Kənd sakini, 2006-cı il təvəllüdlü T.Əliyeva gecə saatlarında özünü yaşadığı evin həyətindəki yardımçı tikilidən asıb.

Lakin o, anası tərəfindən xilas edilib. T.Əliyeva Təcilli Tibbi Yardımla Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Yaxınlarının sözlərinə görə, 15 yaşlı qızın özünə qəsd etməsinin səbəbi onun istədiyi geyim əşyalarının alınmamasıdır.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az