Avqustun 22-də saat 15 radələrində 1978-ci il təvəllüdlü Məhəbbət Qasımovanın yaşadığı evdə kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
DİN Mətbuat Xidmətinin regional qrupundan Manset.az-a bildirilib ki, münaqişə zəminində həmin cinayət əməlini törətməkdə şübhəli bilinən oğlu, 1999-cu il təvəllüdlü Murad Kazımzadə saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
***18.04
Astara rayonunda 47 yaşlı qadın öldürülüb, oğlu şübhəli şübhəli bilinir.
Manset.az Report-a istinadən xəbər verir ki, hadisə Astara şəhəri ərazisində baş verib.
Belə ki, şəhərin H.Aslanov küçəsi ev 57 ünvanında qeydiyatda olan 1999-cu il təvəllüdlü Murad Kazım oğlu Kazımzadə aralarında yaranmış mübahisə zəminində anası, 1978-ci il təvəllüdlü Məhəbbət Nurəddin qızı Qasımovaya 4 bıçaq zərbəsi yetirərək onu qətlə yetirilib.
Hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilir.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. Meyit müayinə olunmaq üçün aidiyyati üzrə təhvil verilib. Əməli törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.
Fakt üzrə rayon prokurorluğunda araşdırma aparılır.