“Etik dəyərlər və daxili mədəniyyət fərdi inkişafda mühüm rol oynayır” - Kövsər Orucbəyli

18:32 - 09 Fevral 2026

“Etik dəyərlər və daxili mədəniyyət fərdi inkişafda mühüm rol oynayır” - Kövsər Orucbəyli

“Fərdi inkişafda etik dəyərlər və daxili mədəniyyət mühüm rol oynayır”. 


Manset.az xəbər verir ki, bu fikirləri “Moral Akademi”nin təsisçisi Kövsər Orucbəyli "Yaddaş" Akademiyasının təşkilatçılığı ilə keçirilən “Beynin Kodları və Şəxsi İnkişaf” mövzusunda konfransda çıxışı zamanı bildirib.

O qeyd edib ki, insanın cəmiyyətdə qəbul olunması ilk növbədə onun daxili mədəniyyəti və davranış normalarına münasibəti ilə ölçülür:

“Etik dəyərlər yalnız peşəkar fəaliyyətdə deyil, gündəlik ünsiyyətdə də önəmli rola malikdir. Etik davranış insanın özünə və qarşı tərəfə hörmətinin göstəricisidir. Daxili mədəniyyət isə şəxsi inkişafın əsas sütunlarından biri hesab olunur. Düzgün davranış qaydaları insanın sosial münasibətlərini daha sağlam və səmərəli edir. Eyni zamanda, etik prinsiplərə sadiqlik etimad mühitinin formalaşmasına töhfə verir. Emosional intellekt və özünüidarə də etik davranışda mühüm yer tutur”.

Kövsər Orubəyli çıxışında vurğulayıb ki, davranış etikası insanın xarakterini və dünyagörüşünü əks etdirir: 

“Üstəlik, daxili mədəniyyətin inkişafı davamlı özünütəkmilləşdirmə tələb edir. Bu baxımdan insan öz davranışlarını daim təhlil etməli, həm şəxsi, həm də peşəkar mühitdə etik prinsiplərə sadiq qalmağa çalışmalıdır. Nəticə etibarilə, etik davranış və daxili mədəniyyət harmoniyası insanın uğurlu və balanslı inkişafının əsas şərtlərindən biridir”.

Qeyd edək ki, fevralın 8-də "Yaddaş" Akademiyasının təşkilatçılığı ilə “Beynin Kodları və Şəxsi İnkişaf” mövzusunda konfrans baş tutub. Konfrans elmi-praktik platforma kimi insan davranışları, beyin fəaliyyəti və fərdi inkişaf mövzularına həsr olunub. Tədbir çərçivəsində müxtəlif sahələri təmsil edən mütəxəssislər tərəfindən aktual mövzular üzrə təqdimatlar edilib, insanın psixoloji, fizioloji və mənəvi inkişafı kompleks şəkildə təhlil olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az