Livanın Tripoli şəhərində bir-birinə bitişik iki bina çöküb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 13 nəfər həyatını itirib.
Məlumata görə, hadisə ötən gün axşam saatlarında baş verib. Həyatını itirən 13 nəfərdən başqa dağıntlar altında qalan 9 nəfər isə yaralı vəziyyətdə xilas olunub.
Rəsmi şəxslər çöküntü altında hələ də insanların ola biləcəyini vurğulayaraq axtarış-xilasetmə işlərinin davam etdiyini açıqlayıblar.