Avropa İttifaqı "WhatsApp"ı günahlandırdı 

17:21 - 09 Fevral 2026

Avropa İttifaqı \"WhatsApp\"ı günahlandırdı 

Avropa İttifaqı (Aİ) "Meta" şirkətini üçüncü tərəf süni intellekt təminatçılarının "WhatsApp"a girişini məhdudlaşdıran siyasəti səbəbilə Aİ-nin rəqabət qaydalarını pozmaqda ittiham edib.


Mansetaz xarici mediaya istinadən xəbər verir ki, Aİ Komissiyası "Meta"nın sahibi olduğu "WhatsApp"ın digər süni intellekt təminatçılarının girişinə dair qoyduğu məhdudiyyətlərlə bağlı aparılan araşdırma çərçivəsində yönələn ittihamları özündə əks etdirən rəsmi etiraz bəyanatının göndərildiyini açıqladı.

Açıqlamada Aİ-nin Meta-nın üçüncü tərəf süni intellekt köməkçilərinin "WhatsApp" istifadəçilərinə girişini və qarşılıqlı əlaqəsini məhdudlaşdırmaqla Aİ rəqabət qaydalarını pozduğu barədə ilkin qənaətə gəldiyi bildirildi. Eyni zamanda, "Meta"nın davranışının rəqiblərin sürətlə böyüyən süni intellekt köməkçi bazarına daxil olmasını və ya bu bazarda genişlənməsini maneə törətmə riski daşıdığı vurğulanıb.

Açıqlamada Aİ Komissiyasının "Meta"nın cavabı və müdafiə hüquqlarına hörmətlə yanaşmaq şərti ilə bu siyasət dəyişikliyinin bazarda ciddi və bərpa olunmaz zərərlərə yol açmasının qarşısını almaq məqsədilə "müvəqqəti tədbirlər" tətbiq etməyi planlaşdırdığı bildirildi.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az