Lənkəran rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Lənkəran rayonunun Göyşaban kəndi ərazisində qeydə alınıb.
Belə ki, rayonun Liman şəhər sakini 2005-ci il təvəllüdlü Cavid Səfərli idarə etdiyi “Toyota Prius” markalı minik maşını ilə hərəkət edərkən velosipeddə olan rayonun Yuxarı Nüvədi kənd sakini 1976-cı il təvəllüdlü Rasim Cəbrayıl oğlu Teymurovu vurub.
R.Teymurov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.