Maşın piyadanı vuraraq öldürdü - Ucarda bədbəxt hadisə

23:59 - 03 Sentyabr 2025

Maşın piyadanı vuraraq öldürdü - Ucarda bədbəxt hadisə

Ucarda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub.


Manset.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində baş verib. Belə ki, 1989-cu il təvəllüdlü Mirzəxan Tahir oğlu Həşimov idarə etdiyi "Hyundai" markalı yük maşını ilə piyada, 1954-cü il təvəllüdlü Gülşən Məhəmmədəli qızı Həmidovanı vurub.

Zərərçəkən Ucar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ilkin yardım göstərildikdən sonra Göyçay Rayon Mərkəzi Xəstəxanasına göndərilib. Lakin G.Həmidova orada ölüb.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az