Ağdərədə yanğın törədən şəxslər saxlanılıblar - YENİLƏNİB

20:07 - 04 Sentyabr 2025

Ağdərədə yanğın törədən şəxslər saxlanılıblar - YENİLƏNİB

Sentyabrın 3-də Ağdərə rayonunun Ortatağ kəndində mürəkkəb relyefli dağlıq ərazidə yanğın törədən şəxslər polis əməkdaşları tərəfindən müəyyən edilib.


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan Manset.az-a verilən məlumata görə, araşdırmalar nəticəsində qaynaq işləri apararkən ehtiyatsızlıqdan yanğına səbəb olan şəxslər - 56 yaşlı Elçin Bağırov, 38 yaşlı Xəyyam Ağayev və 27 yaşlı Asif Qəhrəmanov saxlanılıblar.

Faktla bağlı Tərtər Rayon Polis Şöbəsində cinayət işi başlanıb, istintaq hərəkətləri aparılır.

***

19:03

Ağdərə rayonunun Ortatağ kəndində mürəkkəb reylefli dağlıq ərazidə yanğın baş verib.


Manset.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunublar.

Relyefin mürəkkəbliyinə baxmayaraq, yanğınsöndürənlər tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində quru ot və kol-kosdan ibarət sahədə baş vermiş yanğın daha geniş əraziyə yayılmasına imkan verilmədən söndürülüb.

Yaxınlıqdakı yaşayış evləri və meşə zolağı yanğından mühafizə olunub.



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az