Kürdəmir rayonunda yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Manset.az-a verilən məlumata görə, rayonun Xırdapay kəndində ümumi sahəsi 1400 m² (1-ci mərtəbəsi 600 m², 2-ci mərtəbəsi 800 m²) olan ikimərtəbəli şadlıq sarayının sahəsi 20 m² olan təsərrüfat otağında 1 ədəd elektrik lövhəsi, 1 ədəd səsgücləndirici qurğu, 1 ədəd işıq tənzimləyicisi və 10 m² sahədə yığılan plastik qablar yanıb.
Şadlıq sarayı yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.