Ağcabədidə iki minik avtomobilinin toqquşması nəticəsində xəsarət alanlar olub.
Manset.az Trend-ə istinadən xəbər verir ki, hadisə Hindarx–Borsunlu avtomobil yolunun Poladlı kəndi ərazisində qeydə alınıb.
Hərəkətdə olan “Mercedes” markalı, 10 GK 042 dövlət nömrə nişanlı avtomobil ilə “VAZ-21011” markalı, 60 BD 542 dövlət nömrə nişanlı avtomobil toqquşub.
Qəza nəticəsində “VAZ”da olan 1962-ci il təvəllüdlü Pənah Nəcəfov və sürücü, 1965-ci il təvəllüdlü Filman Xuduyev ağır xəsarətlə Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.