Xəbər verdiyimiz kimi, ötən gün Sumqayıtda, Corat qəsəbəsi sahillərində 72 yaşlı Museyib Zakarayev dənizdə boğularaq ölüb.
Manset.az-ın Baku TV-yə istinadən məlumatına görə, mərhumun qohumu bildirib ki, o, dənizdə salto vurandan sonra boğulub.
M. Zakarayevin qonşusu isə qeyd edib ki, ona havanın küləkli olduğunu deyərək çimməməyi tövsiyə edib: “Maşında oturmuşduq, dedi gedirəm çimməyə. Dedim, ağsaqqal, hava küləklidir, suya girmə. Eşitmədi, söylədi ki, bala, qismətdir, nə olacaqsa, olacaq”.
Daha ətraflı videomaterialda: