Yük və minik avtomobilləri toqquşdu - Yaralılar var 

22:52 - 16 Sentyabr 2025

Yük və minik avtomobilləri toqquşdu - Yaralılar var 

Sabirabadda dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Manset.az Report-a istinadən xəbər verir ki, hadisə Hacıqabul-Bəhrəmtəpə-Mincivan  magistral yolunun rayonun Qalağayın kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "KaMAZ" markalı yük maşını ilə "Mercedes" markalı avtomobil toqquşub.

Qəza nəticəsində Beyləqan rayon sakinləri; 1982-ci il təvəllüdlü Babayev Fuad Şakir oğlu, 1988-ci il təvəllüdlü Hüseynov Əli Vahid oğlu, 1982-ci il təvəllüdlü Qasımov Ramil Fərman oğlu və 1987-ci il təvəllüdlü Əliyev Rahib Məhəmməd oğlu müxtəlif dərəcəli xəsarətlər lıblar.

Onlar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az