Kürdəmirdə sərxoş kişi su kanalına düşərək boğuldu

12:00 - 16 Dekabr 2021

Kürdəmirdə sərxoş kişi su kanalına düşərək boğuldu

Kürdəmir rayonunda sərxoş kişi su kanalına düşərək boğulub.

Manset.az xəbər verir ki, hadisə rayonun Atakişili kəndində qeydə alınıb.

Belə ki, rayon sakini, 56 yaşlı Namət İlqar oğlu Kərimov ehtiyatsızlıq edərək kənd ərazisindən keçən su kanalına düşüb. Köməksiz vəziyyətdə qalan N.Kərimov orada ölüb.

Fövqaladə Hallar Nazirliyinin Qəza Xilasetmə dəstəsinin əməkdaşları tərəfindən onun meyiti sudan çıxarılıb və adiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.(report)


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az